Sergey Lavrov açıqlama verdi - VİDEO

Sergey Lavrov açıqlama verdi - VİDEO
“İdlibdə münaqişə zonasında mübarizə terrorçularla aparılır”

Rusiya və Türkiyə İdliblə bağlı yeni məsləhətləşmələr aparmaq fikrindədir.

Bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.

“Türkiyəli hərbçilər başa düşürlər ki, İdlibdə münaqişə zonasında mübarizə terrorçularla aparılır”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

S. Lavrov qeyd edib ki, “Cəbhət ən-Nüsra” terror qruplaşması ilə dialoq qurmaq haqda fikirlər qəbuledilməzdir.

“Suriyanın İdlib əyalətində terrorçulara zərbə endirilməsində gözlənilməz heç nə yoxdur”.

bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

Rusiya hərbi aviasiyasının İdlibi bombalaması ilə bağlı xəbərləri şərh edən rusiyalı nazir bunun gözlənilməz olmadını söyləyib: "Suriya ilə bağlı Türkiyə və Rusiya prezidentləri arasındakı sazişlər çərçivəsində heç kəs terrorçulara cavab zərbələri endirməyəcəyi barədə razılaşmayıb.

Ona görə də İdlibdə terrorçuların bombalanmasında gözlənilməz heç bir şey yoxdur.

Əminəm ki, İdlibdə olan türkiyəli hərbçilər də hər şeyi yaxşı anlayır və görür".

Məlumat ümün bildirək ki,Rusiya hərbi təyyarələri İdlibin 18 yaşayış məntəqəsini vurmağa davam edir.

Bu barədə məlumatı müxaliflərə aid müşahidə təşkilatları yayıb.
Bildirilib ki, Rusiya qırıcılarının səhərdən başlayan bombardmanı nəticəsində 5 nəfər ölüb.

Qeyd edək ki, Türkiyə mətbuatı Rusiya tərəfinin İdlibdə yaşayış məntəqələrini bombalaması nəticəsində dinc sakinlərin həlak olması barədə məlumat yayıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər