Türkiyə prezidenti Azərbaycana gəlib - VİDEO, FOTOLAR, YENİLƏNİB 2

Türkiyə prezidenti Azərbaycana gəlib - VİDEO, FOTOLAR, YENİLƏNİB 2

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 25-də Azərbaycan Respublikasına səfərə gəlib.

REAL xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

***

13:07

R.T.Ərdoğan Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə yola düşüb. 

REAL xəbər verir ki, dövlət başçısı səfərə yola düşməzdən əvvəl Ankarada mətbuat konfransı keçirib.

"Ölkəmizin Azərbaycana investisiyaları 11 milyard dollara çatır. Düşünürük ki, bu ilin sonuna qədər Azərbaycanın ölkəmizə sərmayələri 20 milyard dollara çatacaqdır", deyə prezident Ərdoğan bildirib.

R.T.Ərdoğan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak edəcək. 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər