Xocalı soyqırımının hərbi istintaqı - VİDEO

Xocalı soyqırımının hərbi istintaqı - VİDEO
Soyqırım nəticəsində ölkəyə 170 mln. 250 mindən çox ziyan dəyib

Xocalı soyqırımı istiqaməti üzrə cinayət təqibi zamanı 7500-ə yaxın prosessual hərəkətlər aparılıb.

1800-dən çoxu şahid və 2700-dən çoxu zərərçəkmiş şəxs qismində olmaqla 4500 nəfərdən çox şəxs dindirilib, 800-dən artıq müxtəlif növ ekspertizalar keçirilib.Bu barədə respublika Hərbi Prokurorluğunda “Xocalı soyqırımının iyirmi səkkizinci ildönümü” ilə əlaqədar elmi-praktiki konfransda çıxışında hərbi prokuror Xanlar Vəliyev məlumat verdi.

Xanlar Vəliyev bildirdi ki, İstintaqla, iş üzrə həyata keçirilmiş müvafiq ekspertizaların ilkin hesablamalırına əsasən, müəyyən edilib ki Xocalının işğalı ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına yüz yetmiş milyon iki yüz əlli min ABŞ dollarından artıq məbləğdə ziyan vurulub.

Hərbi Prokurorluğun, Xocalı rayon İcra Hakimiyyəti əməkdaşlarının, Milli Qeyri-Hökumət Təşkilatları Forumu nümayəndələrinin iştirak etdiyi konfransda Xocalı sakinləri o soyqırımın dəhşətini bir daha xatırladılar.

Konfrans iştirakçıları Hərbi Prokurorluq binasında yer alan Memorial Soyqırım Muzeyini də ziyarət etdi. İştirakçılara muzey və orada saxlanılan, tarixi həqiqətlər, o cümlədən Xocalı soyqırımı haqqında reallığı özündə əks etdirən eksponatlar barədə ətraflı məlumat verildi.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər