Tibbi maska qıtlığı - VİDEO

Tibbi maska qıtlığı - VİDEO
Apteklərdə qoruyucu maskaların tapılması müşkülə çevrilib

Çindən başlayan və bir çox ölkələrə yayılan yeni növ koronovirus təhlükəsi vətəndaşları virusa yoluxmayan ölkələrin vətəndaşlarında da təlaş yaradıb. Baxmayarq ki, Azərbaycanda bu virusa yoluxma halı qeydə alınmayıb apteklərdə qoruyucu maskaların tapılması müşkülə çevrilib. Elə biz də tibbi maskaların sorağı ilə paytaxtda fəaliyyət göstərən bir neçə aptekə baş çəkdik.

Əczaçılar gün ərzində müraciət edən müştərilərin əksər hisəsinin maska almağa gəldiyini bildirir. Satıcılar maskaların ya depoda olmadığını, ya da az qaldığını bildirir.

Qiymətlərə gəlincə isə əczaçılar bildirdi ki, hazırda tibbi maska anbarda olmadığı üçün qiymətlərdəki dəyişiklik barədə nəsə demək çətindir.

Paytaxt sakinləri isə təhlükəsizlik üçün tibbi maska aldıqlarına baxmayaraq bu maskaların onları virusdan qorumağına inanmadıqlarını bildirdilər.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətindən Reala verilən məlumatda bildirildi ki, apteklər müstəqil fəaliyyət göstərdiyinə görə Nazirlik onları hər hansı bir dərman vasitəsi və digər tibbi ləvazimatlarla təmin etmir.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər