Güclü külək fəsadlar yaradıb - VİDEO

Güclü külək fəsadlar yaradıb - VİDEO
Bölgələrdə bir neçə yaşayış binasının damı uçub, qaz xətləri zədələnib

Dünən axşam saatıarından başlayan güclü külək Xaçmaz rayonu ərazisində bir sıra fəsadlar törədib.

Beşmərtəbəli yaşayış binasının damını külək uçurub. Rayonun bir neçə yerində ağacları və işıq dirəklərini külək aşrıb. Nəticədə elektrik enerjisinin verilişində problemlər yaranıb.

Güclü külək Goranboy rayonunun Qızılhacılı qəsəbəsində də iri gövdəli ağacları aşırıb.Aşağı Ballıqaya kəndində isə kənd sakini Mayıl Məmmədova məxsus evin dam örtüyünün bir hissəsi dağılaraq yarasız hala düşüb. Gəncə şəhərində bu gün günorta saatlarında güclü küləyin təsirindən 7 saylı yaşayış binasının dam örtüyü uçub.

Bu zaman binanın qarşısından keçən diametri 100 mm olan qaz xətti də yararsız hala düşüb. Samux rayonunun Zazalı kəndində isə güclü külək qaz xəttini yerindən oynadıb və nəticədə 5 abonentin qaz sayğacına ziyan dəyib. Təhlükəsizlik tədbiri olaraq dərhal həmin evlərin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Bərpa işlərinə başlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən Fevralın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gün ərzində mülayim cənub küləyi əsəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər