Bakı Musiqi Akademiyasında Xocalı qurbanları anıldı (VİDEO)

Bakı Musiqi Akademiyasında Xocalı qurbanları anıldı (VİDEO)
Xocalı soyqırımının 28-ci ildönümü

Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi.

Soyqırımın 28-ci ildönümü münasibətilə təşkil edilən tədbirdə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev bildirdi ki, Xocalı Soyqırımı zamanı xalqımızın başına gətirilən müsibətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün var gücümüzlə çalışırıq.

Daha sonra isə Xocalı Soyqırımı zamanı erməni əsirliyində 8 gün qalmış Dürdanə Ağayeva o günləri xatırlayaraq, başına gələnləri bizimlə bölüşdü.

Sonda isə Bakı Musiqi Akademiyasının müəllim və tələbələri tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan kompozisiya nümayiş olundu.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər