Bakıdan Moskva necə görünür? - VİDEO

Bakıdan Moskva necə görünür? - VİDEO
Politoloq: Azərbaycan hərbi əməliyyatlara başlasa, Rusiya seyrçi mövqe tutacaq”

“Azərbaycan-Rusiya münasibətləri konstruktiv məcrada davam edir. Son vaxtlar ara-sıra müəyyən problemlər, mürəkkəbliklər müşahidə olunsa da, onlar strateji əhəmiyyət kəsb etmir”. Bunu politoloq Tofiq Abbasov REAL TV-yə müsahibəsində bildirib. 

Politoloqun sözlərinə görə, Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra regionda böyük trasformasiyalar başlayıb: “Ermənistan hələ də əsalı vəziyyətdədir. Nikol Paşinyan nə qədər özünü sabit, ötkəm siyasətçi kimi föstərməyə çalışsa da, biz görürük ki, onun siyasəti hələ natamamdır, komandası tam formalaşmayıb, atıq ətrafına təsadüfi adamları yığır”.

Tofiq Abbasov bildirib ki, Nikol Paşinyanın başçılıq etdiyi inqilab baş tutsa da, bu, onun siyasi qüdrətindən, böyük manevr qabiliyyətindən xəbər vermir: “Düzdür hamı maraqlanır ki, Ermənistanda meyda olanlar hansı qüvvələrdir, fikirləri, məramları nədir. Biz görürük ki, Paşinyan dildə bir söz deyir, amma əməldə başqa şeylərə meyl göstərir. Heç kimə sirr deyil ki, onun əsas məqsədir Qərblə münasibətləri yeni səviyyəyə yüksəltməkdir”. Politoloq deyib ki, Nikol Paşinyan Rusiyaya səfəri zamanı sönük qarşılanıb, heç bir bəyanatla yadda qalmayıb. 

Tofiq Abbasov Azərbaycanın hərbi əməliyyatlara başlayacağı təqdirdə Rusiyanın bu dəfə seyrçi mövqe tutacağını düşünür.  
 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə