MSK daha 14 seçki məntəqəsində qanun pozuntuları aşkarlayıb

MSK daha 14 seçki məntəqəsində qanun pozuntuları aşkarlayıb

Mərkəzi Seçki Komissiyası (MSK) qanun pozuntularına yol verən bir sıra seçki məntəqələrində səsvermənin nəticələrini ləğv edib.

MSK-nın bu gün keçirilən iclasında komissiyanın katibi Arifə Muxtarova bildirib ki, təqdim edilmiş protokolların və buna əlavə edilmiş seçki sənədlərinin yoxlanılması zamanı bir sıra seçki dairələri üzrə seçki məntəqələrində qanun pozuntuları müəyyən edilib.

Onun sözlərinə görə, 11 saylı Qaradağ Seçki Dairəsinin 5 saylı, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsinin 12, 19, 45 və 61 saylı, 91 saylı Ucar Seçki Dairəsinin 8, 13 və 20 saylı, 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsinin 3, 6, 24, 32 və 42 saylı, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsinin 66 saylı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyən etməyən hallar aşkarlanıb. Həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılıb.

Qeyd edək ki, bu məntəqələrin ləğv edilməsi MSK-nın iclaslarında müzakirəyə çıxarılmayıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər