Böyük Britaniya və Avropa İttifaqı arasında ticarət danışıqları martın əvvəlində keçiriləcək

Böyük Britaniya və Avropa İttifaqı arasında ticarət danışıqları martın əvvəlində keçiriləcək

Avropa İttifaqı (Aİ) nazirləri Böyük Britaniyalı nümayəndələr ilə Brexit sonrası səlahiyyətlərini təsdiqləmək və ticarət danışıqlarına başlamaq üçün görüşəcəklər.

Aİ standartlarının gələcəkdə hər hansı bir ticarət sövdələşməsində istinad nöqtəsi kimi xidmət etməsi üçün ittifaqın Ümumi İşlər Şurası tərəfindən təsdiqlənən sənəd, Mişel Barniyer tərəfindən aparılacaq gələcək danışıqlar üçün əsas olacaq.

Yekun razılaşmanın internetdə yayımlanması və cümə axşamı parlamentə təqdim olunması gözlənilir.

Xatırladaq ki, Böyük Britaniya və Avropa İttifaqı arasında ticari danışıqların ilk turu martın 2-də Brüsseldə keçiriləcək.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər