Nyu Yorkda Xocalı qətliamı anıldı - FOTO

Nyu Yorkda Xocalı qətliamı anıldı - FOTO

Nyu York şəhərində yəhudi və müsəlman təşkilatları olan Amerika Sefard Federasiaysı (ASF) və Müsəlman Amerika Liderlik Alyansı (MALA) birlikdə Yəhudi Tarixi Mərkəzində Xocalı qətliamının qurbanlarının əziz xatirəsinə 28-ci ildönümünə həsr olunmuş anım tədbiri və panel müzakirəsi keçirilib.

Tədbir ABŞ-ın müxtəlif dini və etnik təşkilatların təmsilçiləri, yerli ictimai fəallar və Azərbaycan və yəhudi icmasının nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi və Diaspora ilə İş üzrə Dövlət Komitəsinin iştirakı ilə baş tutub.

Tədbiri ASF-nin icraçı direktoru Ceyson Quberman faciə haqqında məlumat verərək Xocalı qətliamının qurbanlarını yad etmiş, şəhid olmuş Xocalı sakinlərinin sayının 613 olduğunu və bu rəqəmin yəhudi dinində müqəddəs məna verdiyini vurğulayıb. Dünya Müsəlmanları Liqasının Baş katibi Məhəmməd Əl-İssanın soyqırım ilə bağlı bəyanatına istinad edərək Azərbaycanlılara qarşı bu qətliamın insanlığa qarşı baş vermiş cinayət olduğunu vurğulayıb. Dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq bu faciəni törədənlərə qarşı səyləri artırmağın vacib olduğunu bildirmişdir. Eyni zamanda C.Quberman ümumi olaraq insanlıq əleyhinə cinayətlərə qarşı səylərin gücləndirilməsinin və belə faciələrin qarşı alınmasının əhəmiyyətini vurğulamışdır. Bundan sonra çıxış edən MALA-nın həmtəsisçisi Əhməd Fleks Ömər Xocalı faciəsinin qurbanlarını hörmətlə andı və təəssüflə vurğuladı ki, dünyanın bir çox yerlərində nifrət və nifaq ideologiyası əsasında insanlara qarşı kütləvi qırğınlar törədilir, insanlar bu faciələri öyrənməli və yadda saxlamalıdır ki, bir daha belə hadisələrin baş verməsinin qarşısı alına bilsin. Ə. Ömər Azərbaycanın ərazi bütövlüyünə qarşı təcavüz nəticəsində bugün də insanların əziyyət çəkdiyini vurğulamış, bu əziyyətə son qoyulmasının, münaqişənin ədalətli həlli istiqamətində çalışmağın vacib olduğunu qeyd etmişdir. Xocalı qətliamı barədə təfərrüatların təqdim edilməsi üçün Azərbaycan icmasının nümayəndəsi Aqil Hüseynov çıxış etmişdir. A.Hüseynov ümumi olaraq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək Xocalı qətliamınım tariximizin ən faciəvi günlərindən biri olduğunu xatırlatmışdır. Bu xüsusda Ermənistanın keçmiş hərbi və siyasi rəhbərlərinin bu faciədə əsas birbaşa iştirakçı olduqlarını bildirib. Ermənistan tərəfindən törədilən bu qətliamın Ermənistan tərəfindən yürüdülən siyasətin məqsədyönlü və sistemli xarakter daşıdığını diqqətə çatdırmışdır. A.Hüseynov beynəlxalq təşkilatlar və qurumlar tərəfindən qətliamın əsaslı şəkildə araşdırıldığını, Ermənistan rəsmilərinin 20-ci əsrdə bütün insanlığın gözü qarşısında qətliamı törətdiklərini fəxr etmələrini xatırlatmışdır və bununla bağlı inglis jurnalisti Tomas De Valın müsahibəsinə istinad etmişdir. Bundan əlavə, Ermənistanda Qaregin Njdenin faşist və irqi ayrı-seçkilil ideologiyasının hələ də hökm sürdüyünü misal çəkmişdir. Sonda hər kəsin bu faciənin birlikdə anılmasına və tolerantlıq, birgə və sülh içində yaşayiş üçün səylərə heç kimin mane ola bilməyəcəyini xüsusi olaraq vurğulamışdır. Daha sonra Holokostun canlı şahidi Sami Steigmann öz xatirələri ilə bölüşmüşdür. Xocalı faciəsi barədə indiyədək məlumatsız olduğunu və belə qətliamların əsas səbəblərinin nifrət olduğunu bildirmişdir. Belə faciələrinin araşdırılmasının, bu məqsədlə açıq dialoqun olmasının vacib olduğunu bildirmiş və bu istiqamətdə təcrübələri ilə bölüşmüşdür.

Panel üzrə sual-cavab hissəsində Azərbaycan icmasının fəalları Aqil Hüseynov və İradə Axundova Azərbaycanlıların dialoqa daim açıq olduğunu, lakin erməni tərəfinin həm danışıqlar prosesində, həm də siyasi ritorikada təcavüz dilindən daim istifadə etdiyini bildiriblər.

Panel üzvləri moderatorun suallarını cavablandırıblar.

Tədbirin sonunda Xocalı qətliamının 28- ci ildönümünə həsr olunan Amerika Sefard Federasiaysı (ASF) və Müsəlman Amerika Liderlik Alyansı (MALA) tərəfindən hazırlanmış xatirə lövhəsi təqdim olunub.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər