Xocalı soyqırımına hüquqi qiymət - VİDEO

Xocalı soyqırımına hüquqi qiymət - VİDEO
Dünyanın 16 ölkəsi bu cinayətlə bağlı qətnamə və qərar qəbul edib

Ermənistan rəhbərliyi məsuliyyətdən boyun qaçıraraq Xocalı soyqırımının azərbaycanlılar tərəfəfindən törədildiyinə dair iddialar səsləndirməkdə davam etsə də bu hərbi cinayətin ermənistan tərəfindən həyata keçirildiyini isbatlayan kifayət qədər sübut var. Siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu bildirir ki, hətta Ermənistanın müxtəlif dairələrində bunu etiraf da ediblər.

Siyasi-şərhçi Xəyal Bəşirov bildirir ki,Xocalı həqiqətlərinin dünyaya tanıdılması,ona hüquqi qiymət verilməsi istiqamətində dövlət səviyyəsində ciddi addmlar atılır.Lakin bununla yanaşı Azərbaycanın diasporaları, dünyanın istənilən nöqtəsində yaşayan azərbaycanlılar bu istiqamətdə aktiv fəaliyyət göstərməlidirlər.

Hazırda 16 dövlətin milli qanunvericilik orqanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı Xocalıda dinc əhalinin qırğınının ən kəskin şəkildə pislənilməsi və Xocalı faciəsinin soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair qətnamə və qərarlar qəbul ediblər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər