Xocalı Soyqırımı qurbanları Gədəbəydə yad edilib (VİDEO)

Xocalı Soyqırımı qurbanları Gədəbəydə yad edilib (VİDEO)

Gədəbəy rayonunda XX əsrin ən dəhşətli cinayətlərindən sayılan Xocalı soyqırımının 28-ci ildönümü qeyd olunub.

Rayonunun Şəhidlər Xiyabanında anım mərasimi keçirilib. Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Anım tədbirində minlərlə insan tərəfindən vətənin azadlığı, suverenliyi və birliyi uğrunda canlarından keçmiş, günahsız qətlə yetirilən şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edilib.

Daha sonra anım tədbirləri Rayon Mədəniyyət Mərkəzində davam etdirilmişdir.

Tədbirdə Gədəbəy şəhər 1 saylı tam orta məktəbinin şagird kollektivinin hazırladığı “Xocalıya Ədalət” adlı ədəbi-bədii kompozisiyası nümayiş olunub.

Tədbir çərçivəsində, həmçinin şagirdlərin Xocalı soyqırımına həsr etdikləri əl işləri və rəsm əsərlərindən ibarət sərgi nümayiş etdirilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər