Çempionlar Liqasının 1/8 final mərhələsidə daha 2 oyun başa çatıb

Çempionlar Liqasının 1/8 final mərhələsidə daha 2 oyun başa çatıb

Çempionlar Liqasının 1/8 finalının birinci matçında “Real Madrid” “Mançester Siti”ni qəbul edib.

“Report” xəbər verir ki, Madriddə baş tutan matçda qonaqlar 2:1 hesabı ilə qalib gəlib.

Qarşılaşmada hesabı “Real” açıb. Matçın 60-cı dəqiqəsində İsko fərqlənib. Lakin “Mançester Siti” matçda təşəbbüsü ələ almağı bacarıb. Qonaqların heyətində Qabriel Jezus (78-ci dəqiqə) və Kevin De Bryoyne (83-cü dəqiqə, penalti) fərqlənib. 

Fransa “Lion”u isə öz meydanında İtaliyanın “Yuventus” komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0. Matçda yeganə qolu 31-ci dəqiqədə Lyuk Tusar vurub. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər