Qarsa gedən qatarda Xocalı sərgisi - FOTOLAR

Qarsa gedən qatarda Xocalı sərgisi - FOTOLAR
“Qara qatar səslənir: Qarabağda talan var, Xocalıda soyqırım”

Xocalı soyqırımının 28-ci ildönümündə Azərbaycanın Türkiyədəki Səfirliyi və Gazi Universitetinin təşəbbüsü ilə Ankaradan Qarsa gedən qatarda Xocalı həqiqətlərini özündə əks etdirən fotolar sərgilənəcək. 

Bu gün saat 17:55-də Ankaradan yola düşəcək Ankara-Qars qatarına bir vaqon əlavə edilib. Qatar martın 4-də Qarsa çatacaq.

Bu müddət ərzində Xocalı həqiqətlərinin sərgiləndiyi qatar Kayseri, Ərzincan, Ərzurum, Sarıqamış şəhərlərindən keçəcək.

Qatar hər şəhərdə 1 gün dayanacaq və Xocalı soyqırımını özündə əks etdirən fotoların sərgiləndiyi vaqon insanların ziyarəti üçün açıq olacaq.

REAL-ın TÜRKİYƏ bürosu

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən