AQTA-dan növbəti reyd - VİDEO

AQTA-dan növbəti reyd - VİDEO
500 kq-dan çox istehlak üçün yararsız ət aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) vasmoy bazarı kimi tanınan, 8-ci kilimetr bazarında mənşəyi bilinməyən, istehlak üçün yararsız olan və antisanitar şəraitdə saxlanılan ət məhsulları aşkarlayıb.

İlqar Həsənova məxsus Çəkisi təxminən 500 kiloqramdan çox olan ət məhsulu müxtəlif yerlərə realizasiya olunması üçün tədarük olunub.

Ət məhsullarının saxlanıldığı yer də mövcud normativ, texniki, hüquqi aktlara uyğun deyil. Antisanitar vəziyyət, elə lk baxışdan diqqəti cəlb edir.

Zaur Kərimov müsadirə olunan ət məhsullarının Cənub bölgəsindən gətirildiyini deyir. Qida Təhlükəsizliyi Agentliyi mənşəyi məlum olmayan ət məhsullarına qarşı mütəmadi olaraq manitorinqlər keçirir və paytaxtda, o cümlədən də bölgələrdə tonlarla belə ət zərərsizləşdirilib. AQTA rəsmisi monitorinqlərin bundan sonra da davam edəcəyini bildirir.
 

Digər xəbərlər
Bu gün
Dünən