Fransada “Bitməyən əzab“ - VİDEO

 Fransada “Bitməyən əzab“ - VİDEO
Parisdə D.Qarabağ münaqişəsi, əsirlərin taleyi ilə bağlı tədbir keçirilib

Fransanın paytaxtı Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq humanitar hüquq normalarının pozulması: əsir, girov, itkin düşmüş şəxslər problemi” mövzusunda konfrans keçirilib. Azərbaycanın Fransadakı səfirliyi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən konfransda Fransada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Avropada fəaliyyət göstərən Azərbaycan Assosiasiyalarının təmsilçiləri və digər qurumların nümayəndələri iştirak ediblər.

Fransadakı səfirliyimizin müşaviri Vaqif Ağayev çıxış edərək Dağlıq Qarabağ münaqişəsi, onun ən qanlı səhifəsi olan Xocalı faciəsi haqqında məlumat verib.

Bildirib ki, beynəlxalq hüquq normaları 28 ildir kobudcasına pozulur. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul etsə də, Ermənistan onlara riayət etmir.

Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədovsa çıxıçında qeyd edib ki, Ermənistan hərbiçilərinin əsir və girov götürülmüş azərbaycanlılarla davranışları, əsirlərin saxlanma şəraiti beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulduğunu göstərir.

Daha sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının materialları əsasında hazırlanan, Ermənistan silahlı birləşmələri tərəfindən azərbaycanlı qadınlara, uşaqlara və qocalara qarşı törədilən ağlasığmaz vəhşilikləri, işgəncə faktlarını əks “Bitməyən əzab” sənədli filmi etdirən fransız dilində nümayiş olunub.

Tədbirin sonunda müxtəlif dövrlərdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayət faktlarını əks etdirən müxtəlif dillərdə hazırlanmış kitab, broşür, elektron vəsaitlər, eləcə də “Bitməyən əzab” sənədli filminin diskləri tədbir iştirakçılarına paylanılıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər