Aqrar İnkişaf Mərkəzlərinin müşavirəsi - VİDEO

Aqrar İnkişaf Mərkəzlərinin müşavirəsi - VİDEO
İnam Kərimov: "Əsas vəzifə fermerlərə yüksək səviyyəli xidmətdir"

Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması, bu məqsədlə torpaq və su resurslarından daha səmərəli istifadə edilməsi, yüksək məhsuldarlığın əldə olunması ilə bağlı mühüm tapşırıqlar qoyulub: “Aqrar sahədə inkişafın davamlılığını təmin etmək üçün dövlət başçısının müəyyən etdiyi strateji kursa uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini fermerlərə yaxınlıq, düzgün idarəçilik və innovasiyaların tətbiqi prinsiplərinə əsasən qurub.

Son iki il ərzində aqrar sahədə əhəmiyyətli islahatlar həyata keçirilib. Bu islahatların bir istiqaməti Dövlət Aqrar İnkişaf Mərkəzlərinin fəaliyyəti ilə bağlı olub. Belə ki, aparılan institusional islahatlar nəticəsində kənd təsərrüfatı idarələri əsasında Dövlət Aqrar İnkişaf Mərkəzləri yaradılıb, yeni qurum xidmət strukturu kimi fəaliyyət göstərməyə başlayıb. Artıq DAİM-lər aqrar sahədə çalışan insanlara zəruri xidmətlərin göstərildiyi Mərkəz rolunu oynamaqdadır.

Hazırda Mərkəzlər fermerlərə yaxınlıq prinsipi əsasında öz fəaliyyətini qurub və 70-dən artıq xidmətin göstərilməsini təmin edir”.

Nazir qeyd edib ki, DAİM-lər rayonlarda fermerlərlə işin sürətləndirilməsi, Dövlət Proqramları ilə əlaqədar işlərin koordinasiyalı şəkildə həyata keçirilməsi, fermerlərə göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində fəaliyyətə xüsusi diqqət yetirməlidirlər

İnam Kərimov DAİM-lərin bundan sonrakı fəaliyyətlərində qarşıda duran əsas vəzifələrə toxunub.

Yerli qurumların əsas vəzifəsinin daim fermerlərə yüksək səviyyədə xidmət göstərmək olduğunu deyən nazir bildirib ki, ixtisaslı və peşəkar işçi qüvvəsinin hazırlanması üçün fəaliyyəti gücləndirmək vacibdir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər