Ətraf kənd və qəsəbələrə gedən avtobuslar dezinfeksiya olunub - FOTOLAR

Ətraf kənd və qəsəbələrə gedən avtobuslar dezinfeksiya olunub - FOTOLAR

Kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində marşrut xətləri üzrə avtobuslarda dezinfeksiya işləri davam etdirilir.

BNA-dan REAL-a verilən məlumata əsasən, insanların həm təmas, həm də hava damcı yolu ilə infeksion xəstəliklərə yoluxmasına qarşı olan dərman preparatları ilə avtobuslar dezinfeksiya edilib.

 Ayşən LTD şirkətinin istehsalat bazasında dezinfeksiya olunan 100-ə yaxın avtobus əsasən ətraf kənd və qəsəbələr istiqamətində fəaliyyət göstərir. 

Məlumat üçün bildirir ki,  son zamanlar yeni koronavirus (2019-nCoV) xəstəliyinin yaranması və bəzi ölkələrdə yayılmasını nəzərə alaraq, qabaqlayıcı tədbirlər görülməsi məqsədilə ölkəmizdə ictimai nəqliyyat sahəsinin də nəzarətdə saxlanılmasını zəruri etmişdir.

Kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər görülməsi məqsədilə daşıyıcılara gündəlik olaraq sərnişin daşımalarında istismar edilən avtobusların xarici və daxili hissələrinin təmiz olmasına nəzarətin gücləndirilməsi, sanitar-epidemoloji vəziyyət nəzərə alınaraq avtobusların salonunda tez-tez dezinfeksiya işlərinin həyata keçirilməsi barədə  müvafiq tapşırıqlar verilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər