Tramp Ərdoğana söz verdi

Tramp Ərdoğana söz verdi
“ABŞ PYD və YPG terrorçularını dəstəkləməyəcək”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampla telefonla danışıb.

Danışıq mövzusu Suriyada son vəziyyət və "Zeytun budağı" əməliyyatı olub. İki lider Amerikanın PYD və YPG terrorçularına silah verməsi məsələsinə toxunub. Söhbət əsnasında D.Tramp ABŞ-ın terrorçulara silah vermədiyini, bundan sonra da onları dəstəkləməyəcəklərini bildirib.

Qeyd edək ki, yanvarın 20-dən Türkiyə Afrində “Zeytun budağı” əməliyyatına başlayıb. Terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Eyni zamanda Suriyanın müxalifətdən olan "Azad Suriya ordusu" qruplaşması bazar günü ölkənin şimalında yerləşən Afrin rayonunda genişmiqyaslı əməliyyatlara başlayıb. Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər