Gürcüstanda zəlzələ baş verib

Gürcüstanda zəlzələ baş verib

Gürcüstanın Oni şəhərindən (Raça-Leçhumi regionu) 11 kilometr məsafədə 3,4 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Seysmik Monitorinq Mərkəzinin saytında məlumat verilib.

Məlumata əsasən, yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 23:15-də qeydə alınıb.

Zəlzələnin episentri 10 kilometr dərinlikdə olub. Xəsarət alanlar və yaralananlar barədə məlumat verilməyib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər