ABŞ və "Taliban" sülh bağlayacaq

ABŞ və
İmzalanma mərasimində M.Pompeo və "Taliban" liderinin müavini iştirak edəcək

ABŞ və “Taliban” radikal hərəkatı Qətərin paytaxtı Dohada Əfqanıstandan qoşunların çıxarılması və ölkədə sülh prosesi haqqında saziş imzalayacaq.

REAL  TASS-a istinadən xəbər verir ki, razılaşma ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xalilzad və taliblərin 2018-ci ilin oktyabrından Dohada apardıqları danışıqların nəticəsi olacaq. ABŞ-ın dövlət katibi Maykl Pompeo

mərasimdə iştirakını təsdiq edib.

“Talib”lər tərəfindən sənədə "Taliban" liderinin müavini, hərəkatın Qətər siyasi ofisinin rəhbəri molla Abdulla Qəni Baradarın imza atacağı gözlənilir.

Sazişin imzalanmasına əməl edilməsini 30 ölkədən müşahidəçilər izləyəcəklər. Pakistan nümayəndə heyətinə ölkənin xarici işlər naziri Şah Mehmud Kureşi başçılıq edəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər