Keçmiş Boliviya prezidenti haqqında cinayət işi açılıb

Keçmiş Boliviya prezidenti haqqında cinayət işi  açılıb

La-Pas prokurorluğu 2019-cu ilin payızında prezident seçkilərində səsləri manipulyasiya etdiyinə görə keçmiş Boliviya Prezidenti Evo Morales, vitse-prezident Alvaro Qarsia və üç keçmiş nazirə qarşı yeni cinayət işi açıblar.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə La-Pas şəhərinin prokuroru Marko Antonio Kossio yerli “ATB Digital”a müsahibəsində bildirib.

“Cənab Moralesə qarşı aparılan yeni proses onun nazirlərinin seçki saxtakarlığı ilə əlaqəli istintaqını genişləndirməyə imkan verir. Bunun üçün Ali Seçki Məhkəməsinin keçmiş üzvləri artıq cinayət məsuliyyətinə cəlb edilib”, - Kossio belə deyib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər