Xalq artisti Ağaxan Salmanlı vəfat edib - VİDEO, YENİLƏNİB

Xalq artisti Ağaxan Salmanlı vəfat edib - VİDEO, YENİLƏNİB
Tanınmış aktyor Yeni Suraxanıda dəfn olunacaq

Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Ağaxan Salmanlı vəfat edib.

Gənc Tamaşaçılar Teatrının aktyoru bu gün səhər saatlarında 78 yaşında dünyasını dəyişib.Qeyd edək ki, Ağaxan Əli oğlu Salmanlı 1941-ci il oktyabrın 29-da Suraxanıda anadan olub. O, ilk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun Dram-kino aktyorluğu fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb.

Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb.

1978-ci ilə Əməkdar artist, 2005-ci ildə Xalq artisti adına layiq görülüb.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər