Sənətkarla vida - VİDEO

Sənətkarla vida - VİDEO
Xalq artisti Ağaxan Salmanlı ilə vida mərasimi keçirilir

Azərbaycan incəsənətinin səmasından daha bir ulduz azaldı. İllərdir həvəslə yollandığı Gənc tamaşaçılar teatrının gözü yolda qaldı. Xalqın artisti Ağaxan Salmanlı yolda olarkən niyyətində olmadığı mənzilə üz tutdu. Qəlbən tamaşaçıları qədər gənc olan aktyor 78 yaşında son rolunu oynadı. Hər dəfə danışığı ilə təbəssüm yaradan aktyor susmağı ilə ağlatdı. Həm bizi, həm də səhnə yoldaşlarını.

Özünəməxsus oyun tərzi olan aktyorun teatr səhnəsində oynadığı Danabaş kəndinin məktəbi, "Ağ Dəvə", Tamahkar həmçinin məşhur "Ordan Burdan"tamaşasındaki bənzərsiz obrazları hər zaman yaddaşlarda qalacaq. Ağaxan Salmanlının filmaqrafiyası da kifayət qədər zəngindir."Alma almaya bənzər" "Arxadan vurulan zərbə" "İstintaq davam edir" "Axırıncı aşırım" və bir çox filmlərdə müxtəlif obrazları canlandırıb.

***

Bu gün səhər saatlarında Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti,prezident təqaüdçüsü Ağaxan Salmanlı 78 yaşında vəfat edib.

Mərhumun vida mərasimi keçirilir. Onun iş yoldaşları, sənət dotları sənətkarla xatirələrindən danışıblar.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər