"Art Zone Week -2020" simpoziumu - VİDEO

Rəssamların "Şahdağ" turizm mərkəzində keçirilən simpoziumu başa çatıb

"Şahdağ" Yay Turizm Mərkəzində Azərbaycanın məhşur rəssamlarının iştirakı ilə növbəti "Art Zone Week" adlı rəngkarlıq simpoziumu artıq başa çatıb. Mədəniyyət və sosial yönümlü bu layihənin məqsədi rəssamların gözü ilə bölgənin, burada yerləşən möhtəşəm turzim kompleksini ölkənin aparıcı turistik bölgəsi kimi fərqli formada təbliğ və təşviq etməkdir.

Rəssamlar Quba və Qusarın turizm infrastrukturu, tarixi abidələri, unikal coğrafiyası ilə tanış olaraq bir həftə ərzində sərbəst mövzularda rəsm əsərləri yaratdılar.Bununla yanaşı rayonun orta məktəblərinin bütün yaş həddini əhatə edən və rəssamlığa həvəsi olan gənclərə "Ustad dərsləri" keçirildi. 20-fın artıq gənc rəssam ölkənin adlı sanlı fırça ustalarının yaradıcılığı ilə canlı şəkildə tanış oldular.

Qəbələdə keçirilən ilk Simpoziumda ərsəyə gələn və "Şahdağ" mehmanxanasının vestibülündə sərgilənən rəsm əsərləri burada istirahət edən yerli və xarici turistlərin böyük marağına səbəb olmuşdu. Lakin, sərgidəki möhtəşəm əsərlərini satın almaq istəyən qonaqlar təəssüf ki, istəklərini həyata keçirə bilmədilər - simpoziumun qaydalarına görə əsərlər yalnız bir neçə ildən sonra satıla bilər.

Artıq ikinci dəfə reallaşan "Art Zone Week" Simpoziumu Dövlət Turizm Agentliyinin, Dövlət Turizm Bürosunun, "Abşeron Hotels Group" və "ASPİ Winery"-nin təşkilati dəstəyi ilə həyata keçirilir.Layihənin rəhbəri və təşkilatçısı Şakir Eminbəyli göstərilən dəstəyə görə bütün tərəfdaşlara təşəkkür edərək bildirdi ki, ölkənin sayılıb seçilən fırça ustaları üçün burada ən yüksək səviyyədə iş və istirahət şəraiti yaradılıb.

Qeyd edək ki, simpoziumda Azərbaycanın əməkdar rəssamları Müseyib Əmirov, Elyar Əlimirzəyev, Vüqar Muradov, Eldar Qurbanov, Yelena Haqverdiyeva, tanınmış rəssamlar Rəna Məmmədova, Anar Hüseynzadə, Emin Əskərov, Azər Əliyev, Rafail Əliyev, Butunay Haqverdiyev, Milena Nəbiyeva və rusiyalı rəssam Bayram Salamov iştirak edirdi. Simpozium mart ayının 3-də rəssamların burada çəkdikləri əsərlərindən ibarət yekun Sərgi ilə başa çatdı. Əsərlər mart ayının sonuna kimi "Şahdağ" mehmanxanasında sərgilənəcək.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər