Feminizmin 50 çaları - VİDEO

Feminizmin 50 çaları - VİDEO
Cazibə qüvvəsini itirmiş çəkisizlikdəki qadınlar

Feminizmdə bioloji-anatomik deyil, mədəni-psixoloji xarakteristikalar nəzərdən keçirilir. İzahını verməyə çalışaq.

Məsələnin mahiyyətinə varmaq üçün mental dəyərlərin paralelində olaq, qadın azadlığının hüdudlarını aşağı-yuxarı müəyyənləşdirməyə çalışaq.

Uzun illər ərzində din, əxlaq, milli dəyərlərin sütunları üzərində bərqərar olan Azərbaycan ailəsi şüarçılıqdan uzaq olub. Hətta filan şeyi əldə bayraq etdi ifadəsi də bizdə müsbət mənada işlənmir. Azərbaycanda qadının hesablaşacağı çevrə onun ailəsi ilə məhdudlaşır. Ata, qardaş, həyat yoldaşı ilə münasibətlərin yekunu olaraq qız, bacı yaxud qadın azadlığının sərhədlərini müəyyənləşdirir.

Qərb qadınından fərqli olaraq Azərbaycan qadını bu sərhədlərin hüdudlarını özü cızır. Feminizmi əlində bayraq edənlərin davranışlarından da göründü ki onların arı, şüarı ilə tərs mütənasibdir. Hər halda hər kəs başı üzərinə qaldırdığı ideyanın ucalığa yaraşıb-yaraşmadığını bilməlidir.

Yenidən qayıdaq onların istəklərinə. Fiziki tələbatları ağlından yuxarıda yerləşən qadın öz cazibə qüvvəsini kəşf edə bilməz. Çünki Nyutondan fərqli olaraq o başına düşəcək almanı yeyib və içindəki cənnətindən qovulub.

Şəhərin mərkəzində bu şüarı dalğalandıran qadının azadlığında sərhəd varmı? Axı təmas xəttində düşmənlə üz-üzə dayanan əsgərimiz həm də bu sərhədi qorumağa çalışır. Qarşılaşdığımız tablonun ürəkbulanması bir neçə həblə keçməyəcək.

Tablo demiş, Əzim Əzimzadənin azərbaycan qadını, Tağı Tağıyevin Azərbaycan qadını, Mikayıl Abdullayevin azərbaycan qadını, Səttar Bəhlulzadənin azərbaycan qadını, Tahir Salahovun azərbaycan qadını tam fərqli idi.

Azərbaycan qadını monoton deyil, azərbaycan qadını göy qurşağıdır, qurşağı göydə olanların adını isə özünüz fikirləşin.
 

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər