Dollar ajiotajı, görülən tədbirlər - EKSKLÜZİV MÜSAHİBƏ (VİDEO)

Dollar ajiotajı, görülən tədbirlər - EKSKLÜZİV MÜSAHİBƏ (VİDEO)
Mərkəzi Bankın sədri E.Rüstəmovun müsahibəsi

Mərkəzi Bankın sədri Elman Rüstəmov REAL-a eksklüziv müsahibə verib.

Mərkəzi Bankın sədri Elman Rüstəmov qlobal iqtisadiyyatda, maliyyə və əmtəə bazarlarında son vaxtlar müşahidə olunan yüksək dəyişkənliklər barədə danışıb:

"2018-2019-cu illərdə qlobal iqtisadiyyatda çox ciddi dəyişkənliklər var. Avropa iqtisadiyyatında baş verən proseslər qlobal iqtisadiyyata təsir edib. Qlobal iqtisadi artım, qlobal ticarət, neftin ondan asılılığı, neftin qiyməti bunlar çox sıx asılıdır. Beynəlxalq Valyuta Fondu qlobal iqtisadi artım proqnozunu 5 dəfə təsis edib. 2019-cu ildə əldə edilən qlobal iqtisadi artım 2008-ci ilin əəvvəlində olan iqtisadi artıma qədər düşüb. Ən aşağı səviyyədə idi. Koronavirusdan əvvəl də neftin qiymətinin dəyişkənliyinin şahidi olduq. 2018-ci ildə nefitin qiyməti 72 dollar idi, 2019-cu ildə 64 dollara düşüb, 2020-ci ilin əvvəlindən də qiymətlər düşdü. Çin iqtisadiyyatında baş verən hadisələr buna təsir edib. Dünya iqtisadiyyatının artımının 35-40 faizini Çin iqtisadiyyartı verir. Son dövrlərdə Çin dünya bazarına daha alternativ, qiymət baxımından üstün məhsullarla çıxırdı. Çin innovativ elmi infrastrukturunu yaradıb. Çin iqtisadiyyatında baş verən hadisələrin dünya iqdisadiyyatına, qlobal iqtisadi artıma, ticarətə, beynəlxalq əmtəə bazarlarına, o cümlədən enerji daşıyıcılarına, neftin qiymətinə çox ciddi təsir göstərəmə potensialı var". 

“Azərbaycan iqtisadiyyatı neftin ucuzlaşmasına kifayət qədər dayanıqlıdır. 2015-ci ildən sonra ölkədə bir sıra tədbirlər görülüb, iqtisadiyyat neftin yeni qiymətləri üzərində tarazlaşdırılıb. Həm sosial-iqtisadi inkişaf proqnozlarında, həm də dövlət büdcəsində neftin qiyməti azaldılıb. 2015-ci ildə həmin qiymət 90 ABŞ dolları götürülmüşdü, 2020-ci ildə isə 55 ABŞ dollarına endirilib. Bundan başqa, büdcə qaydalara qəbul olunub, Azərbaycan manatının məzənnəsi 1 ABŞ dolları 1,7 manata bərabər olmaqla sabitləşdirilib, 2018-2019-cu illərdə milli valyutanın ucuzlaşması deyil, bahalaşması ilə bağlı təzyiqlər baş verib. Bu illər ərzində valyuta ehtiyatları yaradılıb. Əlbəttə, neftin 55 dollarlıq qiyməti kifayət qədər yüksəkdir, ölkədə sosial-iqtisadi inkişaf proqramları reallaşdırmağa, iqtisadi inkişafa dəstək verməyə, iqtisadiyyatı sabit saxlamağa imkan verir. Xüsusilə ötən il Azərbaycanda böyük sosial paketlər reallaşdırılıb. Bu gün neft ucuzlaşsa da, hesab edirəm ki, qiymət Azərbaycan üçün təhlükəli deyil. Üstəlik, ölkənin valyuta ehtiyatları var ki, bu da illik ümumi daxili məhsula (ÜDM) nisbətdə 110%-ə bərabərdir. Xarici dövlət borcumuzun isə ÜDM-ə nisbəti əvvəlki illərlə müqayisədə xeyli aşağıdır. Bütün bunlar bizə indiki vəziyyətə nikbin baxmağa imkan verir. Əgər neftin ucuzlaşması qısamüddətli olsa, Azərbaycan bundan cüzi itki ilə çıxacaq. Çünki ilin əvvəlindən bəri orta qiymət 58 ABŞ dolları olub. Neftin qiyməti 40-50 və yaxud 30-40 ABŞ dolları arasında qərarlaşsa belə, Azərbaycan iqtisadiyyatında kifayət qədər makro iqtisadi dayanıqlılıq var və maliyyə sabitliyi təmin edilə bilər”, - AMB sədri əlavə edib. 

“Bu gün Azərbaycana xaricdən gələn şok daha çox iqtisadi deyil, psixoloji xarakter daşıyır. Biz inamla əhaliyə nümayiş etdiririk ki, valyuta ehtiyatlarımız var. Bank sektorunun xarici valyutaya olan tələbi ödənilir. Bunu davam etdirmək fikrindəyik. Bu gün Azərbaycan vətəndaşlarının milli valyutanı xarici valyutaya çevirməsinin orta məbləği 4 min ABŞ dolları və yaxud təxminən 7 min manatdır. Bu da əhalinin orta gəlirliliyə malik, yığım etmiş hissəsidir. İnsanlar inanmalıdır ki, Azərbaycan hökuməti, AMB lazımi tədbirləri görür və bu vəziyyət tezliklə sabitləşəcək, istənilən vaxt və növbəsiz yenə də xarici valyuta almaq mümkün olacaq. Hazırda banklarda iş yükü adi vaxtlarla müqayisədə 5-7 dəfə çoxdur. Onlar bu yükü çətinliklə çəkir. Çünki banklarda iş rejimi, işçilərin sayı bir nəfərin 15 dəqiqə ərzində bankda işini yekunlaşdırmasına hesablanıb. Hətta bəzən bank sahibləri deyirlər ki, onlar digər işlərini (kredit verilməsi, pul köçürülməsi və s) görə bilmirlər", - deyə Elman Rüstəmov qeyd edib. 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər