V.Səmədoğlunun yaradıcılıq gecəsi - VİDEO

V.Səmədoğlunun yaradıcılıq gecəsi - VİDEO
Moskvada Azərbaycanın xalq yaziçisinin 80 illik yubileyi qeyd olunub

Moskvada Jurnalistlər evində Azərbaycanın xalq yazıçısı Vaqif səməd oğlunun 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirildi. Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi, Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı və Beynəlxalq

Türk mədəniyyəti və İrsi fondunun dəstəyi ilə keçirilən gecədə hər iki ölkənin tanınmış içtimaiət və mədəniyyət nümayəndələri iştirak etdilər.

Ədəbi gecə Azərbaycanın Xalq yazıçısı Vaqif səməd oğlunun həyatından bəhs edən filmin nümayişi ilə başladı.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycan Yazıçılar birliyinin ədri Anar, Vaqif Səməd oğlunun həyat yoldaşı Nüşabə Babayeva-Vəkilova, şairə Afaq Şıxlı və digərləri Vaqif Səməd Oğlunun yaradıcılıq yoluna nəzər salıb, yübiley gecəsinin Moskvada keçirilməsinin əhəmiyyətini vyrğuladılar.

Tədbir bədii hissə ilə davam etdirildi, Azərbaycan xalq yazıçısının şerləri səsləndirildi. Rusiyanın Boris Şukin adına Teatr İnistitunun Azərbaycanlı tələbələrinin Vaqif Səməd oğlunun əsərlərinin ifası gecə iştirakçılarının gurultulu alqışlarına səbəb oldu.

Digər xəbərlər
Bu gün
Dünən