Terrorçular 16 türk hərbçisini girov götürdükləri barədə açıqlama yayıb

Terrorçular 16 türk hərbçisini girov götürdükləri barədə açıqlama yayıb
Türkiyə qırıcıları zərbələrin sayını azaldıb

Suriyanın şimalındaki Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatı zamanı 16 türk əsgəri əsir düşüb.

Bu barədə YPG terror təşkilatının rəsmi nümayəndəsi Ahmed Şauki bildirib. Onun sözlərinə görə, kürdlər türklərə qarşı müqaviməti gücləndiriblər.

“Dünəndən başlayaraq qüvvələrimiz Türkiyə hərbçilərinə qarşı müqaviməti gücləndirib. Döyüşlər şiddətlənib. Düşmən tərəfi 4 hərbçisini itirib. Əməliyyat zamanı 16 türk əsgəri əsir düşüb”, - deyə terror təşkilatının nümayəndəsi bildirib.

YPG rəsmisi əlavə edib ki, dünəndən başlayaraq Türkiyə qırıcıları zərbələrin sayını azaldıb.

Qeyd edək ki, yanvarın 20-dən Türkiyə Afrində “Zeytun budağı” əməliyyatına başlayıb. Terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Eyni zamanda Suriyanın müxalifətdən olan "Azad Suriya ordusu" qruplaşması bazar günü ölkənin şimalında yerləşən Afrin rayonunda genişmiqyaslı əməliyyatlara başlayıb. Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib.

Əməliyyata ilk öncə Türkiyə Hərbi Hava Qüvvələrinin 72 ədəd “F-16” təyyarəsi cəlb edilib. Türkiyə hərbçiləri “Azad Suriya ordusu” müxalifət birləşmələri ilə birgə Suriyada məskunlaşan PKK, PYD və YPG terror təşkilatının silahlılarının məkanlarına zərbələr endiriblər. Verilən məlumatlara görə, əməliyyatın ilk günü Türkiyə döyüşçüləri Afrinin 3.5 kilometrliyinə qədər irəliləyiblər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər