Azərbaycan millisinin hücumçusu: "Supermarketlərdə sadəcə boş rəflər var"

Azərbaycan millisinin hücumçusu:

"Hazırda futboldan söhbət gedə bilməz. Almaniyadakı kimi artıq heç bir məşq yoxdur. Futbolçular evdə formada qalmağa çalışır".

"Report"un məlumatına görə, bu fikirləri ABŞ-ın "Finiks Rayzinq" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov "Bild" nəşrinə açıqlamasında deyib.

29 yaşlı hücumçu koronavirusa görə Arizonadakı vəziyyətlə bağlı qısa danışıb: "Supermarketlərdə demək olar ki, sadəcə boş rəflər var və hər şey satılıb. Bu dəlilikdir. Komanda ilə yalnız telefon vasitəsi ilə əlaqə yaradırıq. Evdən çıxmamağa çalışırıq".

Dadaşov koronavirusa birlikdə qalib gəlməli olduqlarını sözlərinə əlavə edib: "Ümid edirəm ki, hamı sağlam qalacaq. Harada yaşamağımızdan asılı olmayaraq, birlikdə bu xəstəliyə qalib gəlmək üçün əlimizdən gələni etməliyik".

Qeyd edək ki, Rüfət Dadaşov USL müntəzəm çempionatın I turunda "Portlend Timbers"ə 6:1 hesabı ilə qalib gəldikləri matçda 3 qol vuraraq het-trik edib. Hücumçu "Finiks Rayzinq"ə yanvarın 11-də Almaniyanın "Pröyssen Munster" klubundan keçib. ABŞ-da MLS və USL çempionatları 30 günlük dayandırılıb. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər