Rusiya klubu "Qəbələ"nin sabiq baş məşqçisi ilə yollarını ayıracaq

Rusiya klubu

Rusiyanın "Lokomotiv" futbol komandası mövsümün sonunda baş məşqçi Yuri Syominlə yollarını ayıracaq.

"Report" "Nemzeti Sport" nəşrinə istinadən xəbər verir ki, 73 yaşlı mütəxəssisin Moskva təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatır və klub onunla vidalaşacaq.

Nəşr bildirib ki, Syomini bu postda serbiyalı Marko Nikoliç əvəzləyəcək.

Qeyd edək ki, Aleksandr Syomin 2013/2014 mövsümündə "Qəbələ"də çalışıb. Onun rəhbərliyi altında "qırmızı-qaralar" Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı və ölkə kubokunun finalçısı olub. Syomin ən böyük uğurlarını "Lokomotiv"də əldə edib. O, 3 dəfə Rusiya çempionluğu, 6 dəfə ölkə kuboku və 3 dəfə Superkubok qazanıb. Ukraynanın "Dinamo" (Kiyev) komandasında işlədiyi vaxt isə Syomin çempionluq və Superkubok titullarına sahib olub. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər