Daha bir təşkilat Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat köçürdü

Daha bir təşkilat Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat köçürdü

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin 20 mart tarixli qərarı ilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat vəsait ayırılıb.

Konfederasiyadan "Report"a bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan edilmiş koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən təxirəsalınmaz tədbirlər effektivlik baxımından təqdir olunmalıdır.

"Prezident İlham Əliyevin tapşırığı ilə hökumətin həyata keçirdiyi tədbirlər cəmiyyət tərəfindən yüksək qiymətləndirilir, o cümlədən həmkarlar təşkilatları üzvləri ölkə başçısının 19 mart tarixli sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını dünyanı həyacanlandıran infeksiyanın qarşısının alınmasında mühüm hadisə kimi dəyərləndirirlər", təşkilatdan bildirilib. 

Qərar mətnində ölkə ictimaiyyətinə Nazirlər Kabineti yanında operativ qərargahın tələblərinə maksimum səviyyədə əməl olunması ilə bağlı çağırış da ünvanlanıb. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər