ƏDV-nin qaytarılmasi qaydası - VİDEO

ƏDV-nin qaytarılmasi qaydası - VİDEO
Mağaza və restoranda hesabın bir hissəsi müştəriyə qaytarılacaq

Prezident İlham Əliyev “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş Əlavə Dəyər Vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında fərmanı imzalayıb.

Yəni bu fərman malın qiymətinin üzərinə gəlmiş 18 faizlik əlavə dəyər vergisinin bir hissəsinin fiziki şəxsə geri qaytarılmasını özündə ehtiva edir.

Məsələn 100 manat dəyərində mal və yaxud xidmət alan fiziki şəxs 100 manat üstəgəl onun 18 faizi, yəni 118 manat ödəyir. Yeni fərmana görə malın qiymətinin, yəni 100 manatın üzərinə gələn 18 faizin, yəni 18 manatın 10-15 faizi fiziki şəxsə geri qaytarılacaq.

İqtisadçı ekspert bu fərmanın kölgə iqtisadiyyatına qarşı mübarizədə mühüm rol oynayacağını, vergi gəlirlərinin artmasına müsbət təsir edəcəyini deyir. Digər tərəfdən isə istehlakçılar çek almaqda maraqlı olacaqlar:

Qeyd edək ki, yeni fərman neft və qaz məhsulları istisna olmaqla, ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış bütün mallara aiddir. Fərmandan irəli gələn bütün qaydalar on beş gün ərzində təsdiqlənəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər