Koronavirusla mübarizəyə dəstək - VİDEO

Koronavirusla mübarizəyə dəstək - VİDEO
GİN və MPK Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr köçürdü

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi bütün dünyanı narahat edən koronavirus infeksiyası ilə mübarizədə ölkə əhalisinin sağlamlığının qorunması, yoluxma hallarının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri dəstəkləyir.

Qurumun mətbuat katibi Səmayə Məmmədovanın sözlərinə görə, Nazirlik Prezident İlham Əliyevin təşəbbüsünə qoşularaq ölkə başçısının 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna əməkdaşların əməkhaqlarının bir hissəsini - 30 min manat məbləğində vəsaiti köçürüb.

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi də Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürüb. Komitənin prezidenti İlqar Rəhimov, vitse-prezidentlər İlham Zəkiyev, Yaşar Hacıyev və baş katib Kamal Məmmədovun bir aylıq əmək haqqı sözügedən Fonda ianə edilib.

Digər xəbərlər
Bu gün
Dünən