“Türkiyə əhalisi müstəqil iradəsini ortaya qoydu. Seçkilərdə seçici fəallığı çox yüksək idi. Bu, bir millət üçün çox önəmlidir, bir mədəniyyətdir”. Bunu REAL-a müsahibəsində Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı iyunun 24-də Türkiyədə keçirilmiş prezident və parlament seçkilərini şərh edərkən deyib. Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın 52,5 faiz səslə qalib gəlməsi Türkiyədə demokratik seçki keçirildiyinin göstəricisidir.
Tənzilə Rüstəmxanlı bildirib ki, Türkiyə Azərbaycan üçün çox önəmli bir dövlətdir: “Orada hakimiyyətdə kimin olması bizim üçün çox önəmlidir. Bir çox məsələlərdə Azərbaycan hər zaman Türkiyədən dəstək istəyib. Bu dəstəyi verə biləcək adamların Türkiyə dövlətinin başında olması bizə lazımdır”.