Ölkə ərazisində faktiki hava

Ölkə ərazisində faktiki hava

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində faktiki hava şəraitini açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən REAL-a verilən məlumata görə martın 25-i gündüzdək ölkə ərazisində hava şəraiti sabit və əsasən yağmursuz keçib. Sumqayıt, Bakı, Maştağa, Binə, Pirallahı, Çilov adası, Şəmkir, Nabran, Xaçmaz, Qəbələ, Lerik, Biləsuvar, Lənkəranda duman müşahidə olunub.

Havanın temperaturu martın 24-də Bakıda iqlim normasından 5.7° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19°-dək isti, Aran rayonlarında 17-20° isti, dağlıq rayonlarda 12° -dək isti, Naxçıvan MR-da 16-22° isti olub.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər