Prezidentdən xalqa çağırış - VİDEO

Prezidentdən xalqa çağırış - VİDEO
"Xüsusi karantin rejiminə riayət edin!"

Dövlət əlindən gələni edir və edəcək. Ancaq bu faciəvi xəstəliyə qarşı mübarizədə vətəndaşlardada çox şey asılıdır.

Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində dünyada yayılan koronavirus pandemiyası ilə bağlı sualı cavablandırarkən deyib.

Dövlət başçısı vətəndaşları məsuliyyətli olmağa çağırıb.

Dünyada yayılan koronavirus epidemiyası ilə əlaqədar, demək olar ki bütün ölkələrdə karantin rejimi elan edilib və insanlıq bu virusla mübarizə aparır. Azərbaycan dövləti də öz vətəndaşını bu xəstəlikdən qorumaq üçün müxtəlif atdımlar atır. Bəşəriyyət insanları evdə qalmağa, çölə çıxmamağa çağırsada, bəzi insanlar bu tövsiyyələri qulaq ardına vurur. Bakının küçələrindədə belə laqeyid şəxslərin çoxuna rast gəlmək olar. Özü düşünməyən adəm övladı, heç ətrafındakı insanlarıda düşünmək istəmir. Dövlət virusun yayılmasının maksimum dərəcədə qarşısını almaq üçün bütün mümkün olan qabaqlayıcı tədbirləri həyata keçirir. Dövlət vətəndaşını qoruduğu halda niyə vətəndaş özünə qarşı bu qədər məsuliyyətsiz davranır? Dövlətin birinci şəxsi xalqa səslənərək bir daha onu sübut etdi ki, Dövlət başçısı ailə başçısı tək öz vətəndaşını yəni ailə üzvünü, bizi, bizdən daha çox düşünür.

Bəs vətəndaşlarımız bu məsələdə nə dərəcədə məsuliyyətlidirlər? Dünyada və ölkədə xüsusi rejimin olmasına,bir çox ölkələrdə virusun kütləvi yayılmasınına və Azərbaycan dövlətinin bu virusdan vətəndaşını qorumağa çalışmasına baxmayaraq, Bakının küçələrində hələdə laqeyd və rahat şəkildə gəzən insanların olması onu göstərirki, biz hələ də öz məsuliyyətimizi dərk etmirik və ya etmək istəmirik. Hər birinizdən karantin rejiminə əməl etmək xaiş olunur. Karantin rejiminə riayət edin. Özünüzü küçələrdən evə təcrid edin ki, koronavirus sizi ən yaxşı halda xəstəxanaya,ən pis halda isə bu dünyadan təcrid etməsin.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər