Polis əhaliyə xəbərdarlıq edir - VİDEO

Polis əhaliyə xəbərdarlıq edir - VİDEO
Polis naryadları tərəfindən paytaxt ərazisində müşahidələr aparılır

Ölkədə xüsusi karantin rejimi olduğu müddət ərzində digər zəruri tədbirlərlə yanaşı 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət isə Daxil İşlər Nazirliyinə həvalə olunub. Qeyd olunan göstərişin icra edilməsi məqsədi ilə təyin edilmiş polis naryadları tərəfindən paytaxt ərazisində müşahidələr aparılıb. Park və xiyabanlarda polislər tərəfindən görülən tədbirlər zamanı yaşı 65-dən yuxarı olan sakinlərlə profilaktik söhbətlər edilib və onlara evdən çıxmamaqları barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargah koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün 24 mart 2020-ci il saat 00:00-dan etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Belə bir vaxtda vətəndaşlardan vacib olmadığı təqdirdə evdən çıxmamağı xahiş edirik. Yadda saxlayın ki, viruslar gəzə bilmir, gəzə bilən insanlardır.

REAL

Digər xəbərlər
Bu gün
Dünən