Bakıda motosiklet qəzaya uğradı, xəsarət alanlar var

Bakıda motosiklet qəzaya uğradı, xəsarət alanlar var

Bakıda motosiklet sürücüsü idarəetməni itirərək qəza törədib.

"Report" xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Bayıl qəsəbəsi 5 saylı doğum evinin qarşısında 1998-ci il təvəllüdlü Akimov Kamil Nizami oğlu və 1973-cü il təvəllüdlü Əlləzov Akif Alişan oğlu motosikletlə qəzaya düşüblər. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. K.Akimova sol dirsək oynağının çıxığı, A.Əlləzovda isə qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi diaqnozları qoyulub.

REAL

Digər xəbərlər
Bu gün
Dünən