Çində son sutkada 6 nəfər koronavirusdan ölüb

Çində son sutkada 6 nəfər koronavirusdan ölüb

Son bir gündə Çində yeni növ koronavirus epidemiyasından altı nəfər ölüb. 

Xaricdə yoluxub ölkəyə qayıdan insanların sayı isə  67 nəfər artaraq 541 nəfərə çatıb.

Bu barədə Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi açıqlama verib.

Məlumata görə, Çində epidemiyanın baş verdiyi bütün dövr ərzində yoluxmuş insanların 91%-i, o cümlədən son bir gündə 401 nəfər sağalıb. Virusun yayıldığı üç ay ərzində yoluxmuşların sayı 81 mini keçib, infeksiya nəticəsində rəsmi ölüm səviyyəsi – 4% (3287 nəfər).

Bir neçə gündür ki, ÇXR-də yerli yoluxma halları qeydə alınmır. Virusa yoluxanların əksəriyyəti xaricdən, ümumiyyətlə, Avropa ölkələrindən və ABŞ-dan gəlir. Epidemiyanın təkrarlanmasının qarşısını almaq məqsədi ilə rəsmilər ölkəyə gələnlər üçün iki həftəlik məcburi karantin tətbiq edirlər.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən