Türkiyədə koronavirusdan ölənlərin sayı 59-a çatıb

Türkiyədə koronavirusdan ölənlərin sayı 59-a çatıb

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı 59 nəfərə çatıb.

Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində yazıb.

Nazir son gün ərzində 15 koronaviruslu xəstənin öldüyünü və 5035 şübhəlinin koronavirus testindən keçdiyini qeyd edib. Testdən keçənlərin 561-nin cavabı pozitiv çıxıb.

Türkiyədə koronavirusa yoluxanların sayı 2433-ə çatıb.

REAL

 

Digər xəbərlər
Bu gün
Dünən