Dezinfeksiya işləri davam etdirilir - VİDEO, FOTO

Dezinfeksiya işləri davam etdirilir - VİDEO, FOTO
Xəzər və Pirallahı rayonlarında tibbi-profilaktik tədbirlər aparılır

Xəzər rayon İcra hakimiyyəti tərəfindən xüsusi texnika vasitəsilə qəsəbənin əsas yolları, kommunal təsərrüfat birliyinin əməkdaşları tərəfindən isə qəsəbədaxili küçələr, evlərin hasarları və girişləri, futbol meydançaları və digər yerlər mütəmadi olaraq dezinfeksiya edilir.

Vəziyyətin ciddiliyi nəzərə alınaraq dezinfeksiya işləri gün ərzində iki dəfə aparılır

Əsas yollarda avtomobillərin gündüz hərəkət intensivliyi səbəbindən yolların dezinfeksiyası əsasən gecə saatlarında həyata keçirilir.

Bundan başqa Xəzər rayon İcra hakimiyyəti tərəfindən rayonun digər yaşayış məntəqələrində əhali arasında maarifləndirmə işləri davam etdirilir.

Xəzər rayonu ilə yanaşı Pirallahı rayonunda da dezinfeksiya işləri aparılır.

Bakı şəhər İcra hakimiyyətinin və Pirallahı rayon rəhbərliyinin tapşırığına olaraq rayon ərazisində gün ərzində 20 faizlik benzol və xlor tərkibli məhlulla əhalinin intensiv hərəkət etdiyi küçələr, yaşayış binaları, binalardakı ümumi istifadə yerlərində, giriş blokları, pilləkənlər, pilləkən marşları və sakinlərin daha çox istifadə etdiyi digər yerlər, o cümlədən, fərdi yaşayış evlərinin ətrafları, habelə parklar, idman qurğuları və söhbətgahlar, inzibati binaların ərazisi və digər yerlərdə dezinfeksiya işləri aparılır.

Dezinfeksiya işlərinə çoxsaylı canlı qüvvə və xüsusi texnikalar cəlb olunub.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən dezinfeksiya işləri bundan sonra da hər gün davamlı olaraq paytaxt Bakı və Bakıətrafı qəsəbələrdə aparılacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər