Yalan məlumatın məsuliyyəti - VİDEO

Yalan məlumatın məsuliyyəti - VİDEO
Elmira Məmmədova barəsində inzibati həbs qətiimkan tədbiri seçilib

Şəmkirdə koronavirusla bağlı yalan məlumat yayan qadın məsuliyyətə cəlb olunub. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, qadın “What’s app” sosial şəbəkə vasitəsi ilə “Koronavirus” pandemiyası ilə əlaqədar guya Şəmkir rayonu ərazisində vəziyyətin ağır olduğunu, Gürcüstan Respublikasının Marneuli rayonundan Azərbaycan Respublikasına gəlmiş bir ailənin yeddi üzvünün virusa yoluxması və həmin şəxslərin digər vətəndaşlara da virus yoluxdurması barədə heç bir dövlət qurumlarının rəsmi məlumatlarına istinad etmədən, reallığı əks etdirməyən və cəmiyyətdə çaşqınlıq yarada biləcək uydurma məlumatlar yayıb.

Sözü gedən səs yazısı ilə əlaqədar Şəmkir Rayon Polis Şöbəsində araşdırmalar başlanılıb.

Aparılmış araşdırmalarla Elmira Məmmədovanın hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 388.1-ci, yəni, internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsində nəzərdə tutulmuş xətanın əlamətləri müəyyən edildiyindən, əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmə tərəfindən həmin qadın barəsində inzibati həbs qətiimkan tədbiri seçilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər