Gürcüstanın Bolnisi rayonunda 6 azərbaycanlı koronavirusa yoluxub - VİDEO

Gürcüstanın Bolnisi rayonunda 6 azərbaycanlı koronavirusa yoluxub - VİDEO

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneulidə 15 000, Bolnisidə isə 3400 nəfər şəxs sürtəli koronavirus testindən keçirilib.

REAL xəbər verir ki, sürətli testlərə əsasən, Bolnisi rayonunun 6 nəfər azərbaycanlı sakinində koronovirusa yoluxma faktı qeydə alınıb. Marneuli munisipalitetinin meri Zaur Darğallı 41 min nəfərin həm də termo skrinning testindən keçirildiyini, onlardan yalnız 30 nəfərdə yüksək hərarətin aşkarlandığını deyir. Həmin şəxslər xəstəxanaya yatırılıblar.

Qeyd edək ki, 23 mart tarixindən etibarən azərbaycanlıların sıx yaşadığı Marneuli və Bolnisi rayonlarında sərt karantin rejimi elan edilib.

Ümumiyyətlə isə, Gürcüstanda təsdiqlənən koronavirus hallarının sayı 77-yə çatıb.

Karantində 4 055, stasionar nəzarətdə isə 252 nəfər saxlanılır.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirusdan 10 pasiyent sağalıb. Hazırda aktiv koronavirus xəstələrinin sayı 67 nəfər təşkil edir.

Digər xəbərlər
Bu gün
Dünən