Estoniyada koronavirusa yoluxanların sayı 538 nəfər olub

Estoniyada koronavirusa yoluxanların sayı 538 nəfər olub

Estoniyada son sutka ərzində koronavirusa yoluxanların sayı 134 nəfər artaraq 538-ə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb.

Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 7090 nəfər müayinə olunub. Son sutka ərzində koronavirusa görə götürülən 1000 nəfərin analizinin 138-nin nəticəsi müsbət çıxıb. Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Qeyd edək ki, Estoniyada bu günə qədər koronavirusdan 1 ölüm hadisəsi qeydə alınıb.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər