Çində koronavirusa yoluxanların sayı 81,3 min nəfərə çatıb

Çində koronavirusa yoluxanların sayı 81,3 min nəfərə çatıb

Son gün ərzində Çində koronavirus qurbanlarının sayı daha beş nəfər artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Qeyd edilir ki, ölkədə koronavirusa xaricdən yoluxmuş insanların sayı daha 54 nəfər, ümumilikdə isə 595 nəfərə qədər artıb.

Komitənin məlumatına görə, Çində koronavirusun yayılmasının başlanğıcından yoluxanların 91,6 faizi sağalıb. Son gün ərzində 537 nəfər sağalıb.

Ölkədə virusa yoluxanların ümumi sayı 81,3 min nəfərdən çoxdur, 3 292 insan pandemiyanın qurbanı olub. 

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər