Telekanallar milli filmləri nümayiş etdirəcək

Telekanallar milli filmləri nümayiş etdirəcək

Azərbaycanda fəaliyyət göstərən bütün televiziya kanalları “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyinə müraciət edərək ödənişsiz olaraq qurumun istehsalı olan filmləri yayımlama imkanı qazana bilərlər.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, martın 27-dən etibarən bütün televiziya kanallarında “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan bədii filmlərin nümayiş etdirilməsinə şərait yaradılıb. 

Kinofilmlərin telekanallar vasitəsilə nümayişi müvafiq icazəni nəzərdə tutan normativ qaydalarla tənzimlənməsinə baxmayaraq sözügedən təşəbbüslə telekanallara milli filmləri artıq sərbəst şəkildə nümayiş etdirmək imkanı verilir.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər