Tədrisi digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salındı

Tədrisi digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salındı

Birinci sinfə qəbul prosesində tədris digər dildə aparılan bölmə üzrə uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə aprel ayında təşkili nəzərdə tutulan müsahibələr təxirə salınıb.

Təhsil Nazirliyindən REAL-a verilən məlumata görə, müsahibənin keçiriləcəyi tarix və qaydalar barədə valideynlərə sms vasitəsilə məlumat veriləcək. 

Eyni zamanda bu məlumatlar şəxsi kabinetdə öz əksini tapacaq.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. Birinci sinfə elektron qeydiyyat prosesinə martın 10-dan start verilib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər