Mirvari Fətəliyevanın vəziyyəti stabildir (VİDEO)

Mirvari Fətəliyevanın vəziyyəti stabildir (VİDEO)
Mehri Quliyeva: M.Fətəliyeva bir neçə gündür ev şəraitində müalicə olunur

Koronavirusa yoluxmuş Paris Azərbaycan Evinin Prezidenti Mirvari Fətəliyevanın vəziyyəti stabildir.

Bunu REAL-a açıqlamasında qurumun sədr müavini Mehri Quliyeva deyib.

Mehri Quliyevain sozlərinə görə, M. Fətəliyeva bir neçə gündür ki, ev şəraitində müalicə olunur. Vəziyyəti yaxşılaşmağa doğru gedir.

Paris Azərbaycan Evinin sədr müavini Mehri Quliyeva həmçinin Fransada yaşayan Azərbaycan vətəndaşları ilə daim əlaqədə olduqlarını və hələlik onlarda riskli bir vəziyyətin müşahidə olunmadığını bildirib.

Paris Azərbaycan Evinin sədr müvavini Fransdakı mövcud vəziyyəti də REAL-a danışıb.

Sədr müavini koronavirus epidemiyasından hazırda Fransada ölü sayının 2 minə yaxınlaşdığını bildirib.

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər