Soydaşlarımıza qida paketləri göndərilib - FOTO

Soydaşlarımıza qida paketləri göndərilib - FOTO

Professor Aygün Attarın sədri olduğu Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq  fondu tərəfindən İstanbul Beynəlxalq Havalimanında təxliyyə olunmağı gözləyən soydaşlarımıza qida paketləri göndərilib.

REAL-ın Türkiyə Bürosu xəbər verir ki, fondun sədri Aygün Attar tələbələrə müraciət edərək, onlara hər cür dəstəyin veriləcəyini bildirib: “Məlum olduğu kimi, Əcnəbilərin Tədris Qrumu tədris fəaliyyətinə yenidən başlayıb və tələbələrin geri dönməsi üçün heç bir problem yoxdur. Yataqxana mövzusunda hər hansısa problem yaranarsa Azərbaycan Səfirliyinin “qaynar xətti”nə və yaxud bizə müraciət edə bilərsiniz. “

Professor Aygün Attar, tədris ilinə davam etmək üçün universitetlərinin yerləşdiyi şəhərlərə dönmək istəyən tələbələrin Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq  fondu tərəfindən avtobus biletləri ilə təmin ediləcəyini də bildirib.

Digər xəbərlər
Bu gün
Dünən